“Bakı 2015”dən bilet xəbədarlığı- 7000 cərimə

“Bakı 2015”dən bilet xəbədarlığı- 7000 cərimə

Bakı 2015 ictimaiyyəti ilk Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır. 

Qafqazinfo”nun məlumatına görə, Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ictimaiyyəti məlumatlandırır ki, hər hansı bileti onun nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddir.

Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin Bakı 2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.

Bakı 2015 azarkeşlərin Avropa Oyunlarına biletləri Bakı 2015-in veb səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassalarından əldə etməsini təmin etmək istəyir.

Bilet satışı kassalarının ünvanlarından tutmuş məkanlara necə getmək haqqında məlumatlara qədər Avropa Oyunlarına dair hər hansı məlumatı +994 (0) 77 2015 000 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb səhifəsindən əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...