Logo

“Köçkünlərdən ibarət mobil qüvvələr yaradılsın” – Deputatdan TƏKLİF

“Köçkünlərdən ibarət mobil qüvvələr yaradılsın” – Deputatdan TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində müəssisələr, obyektlər tikirlər. Bunun qarşısının alınması yolları var”.

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Fərəc Quliyev bildirib.

F.Quliyev deyib ki, Azərbaycanın güclü ordusu olsa da, hər məsələni ordu ilə həll etmək mümkün deyil:

"Ermənilərin işğal olunmuş ərazilərdə müəssisələr, obyektlər yaradır. Həmin obyektlərin fəaliyyətinin qarşısını almaq üçün mobil qüvvələr yaradılmalıdır. Bu mobil qüvvələr könüllü, ərazini tanıyan məcburi köçkünlərdən ibarət olmalıdır.

Belə mobil qüvvələrin yaradılması üçün vəsait ayrılmalıdır. Biz ermənilərin bu təxribatına hansısa formada son qoymalıyıq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR