Logo

"Atanız evə gəlir", deyib şəhidin övladlarını məktəbdən evə göndərdik" - FOTO

"Atanız evə gəlir", deyib şəhidin övladlarını məktəbdən evə göndərdik" - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti, 36 yaşlı mayor Aqil Omarov bu gün doğulduğu Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq. Şəhidin iki oğlan övladı var.

Sfera.az xəbər verir ki, Qaxın Lələpaşa kənd orta məktəbindən Unikal.org-a verilən məlumata görə, Aqil Omarov Balakən rayonunda doğulub. Amma o, ailəsi ilə birlikdə Qaxın Lələpaşa kəndində yaşayıb.

Aqilin böyük oğlu Uğur 4-cü,  Süphan Omarov isə Lələpaşa kənd orta məktəbin 2-ci sinif şagirdidir.

Uşaqları "atanız evə gəlir” deyib məktəbdən evlərinə yola salmışıq. Onlarda sevinə-sevinə evlərinə gediblər. Heç biri atalarının şəhid olmasından xəbəri yoxdur.

Şəhidin Uğur və Süphan adlı övladları ilə görüntüsünü oxuculara təqdim edirik:

"Atanız evə gəlir", deyib şəhidin övladlarını məktəbdən evə göndərdik" - FOTO
"Atanız evə gəlir", deyib şəhidin övladlarını məktəbdən evə göndərdik" - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR