Sevgilisi ilə öpüşən oğlan öldürüldü- Bakıda dəhşətli hadisə

Sevgilisi ilə öpüşən oğlan öldürüldü- Bakıda dəhşətli hadisə

Qız ilə öpüşü 1990-cı il təvəllüdlü Yasamal rayon sakini Nazim Ələkbərovun ölümünə səbəb olub. Dünən gecə Nərimanov rayon ərazisində yerləşən evlərin birində Ələkbərov beş bıçaq yarası alıb. Yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. 

oxu.az-a  xəbər verir ki, bu barədə məlumatı vesti.az Nərimanov rayon Polis İdarəsinə istinadən yayıb. Fakt üzrə təqsirləndirilən yerli sakin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə həbs edilib.

Aydın olub ki, Ələkbərov Nərimanov rayonuna öz maşınında sevdiyi qızı görüşdən sonra evə ötürmək üçün gəlib. 

Maşında onlardan başqa Ələkbərovun dostu da olub.

Ələkbərov dostunu maşında gözləməyi tapşırıb, özü isə qızı ötürməyə gedib. Binanın girişində onlar öpüşüblər.

Bu zaman qızın, onların yanından keçən qonşusu Kamran Həsənzadə onlara irad tutub.

“Öpüşməyə başqa yer tapmırsız? Ayıb olsun, qonşular görür axı”, - Həsənzadə deyib.

Amma üzr istəmək əvəzinə Ələkbərov qızın qonşusunun cavabını vermək qərarına gəlib.

O, maşına tərəf qaçıb ordan beysbol dəyənəyini götürüb və dostu ilə bərabər bloka qayıdıb.

Ələkbərov Həsənzadəyə bir neçə zərbə vurub. Həsənzadə iki dostunu yardıma çağırıb.

Gənclər dava salıb. Həsənzadə qonşusunun sevgilisindən intiqam almaq istəyirdi, amma o 1 metr 90 sm hündürlüyündə idi, Kamranın onunla əlbayaxa dalaşmağa gücü çatmayıb. 

Həsənzadə yaxınlıqda olan maşınına tərəf qaçaraq oradan bıçağı götürüb və geri qayıdıb, Ələkbərova beş bıçaq zərbəsi vurub. Yalnız qanı görəndən sonra cavanlar sakitləşiblər.

Polis idarəsində Ələkbərovun içkili olduğu da qeyd edilir.

Baş verənlərdə Həsənzadə Ələkbərovu təqsirli bilib. Beləliklə, bina girişində öpüş Ələkbərovun həyatında son öpüş oldu.

Fakt üzrə istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...