Logo

Bu reyslərin vaxtı uzadıldı

Bu reyslərin vaxtı uzadıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Lent.az -a qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, final oyununun gecə saat 01:00-da bitməsini nəzərə alaraq, BBAK Gürcüstan, İran və Qırmızı Körpü istiqamətinə olan reyslərin vaxtını gecə saat 03:00-a qədər uzadıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi oyunu izləmək üçün paytaxta üz tutan sərnişinlərin oyundan sonra qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq xəttə əlavə ehtiyat avtobuslar cəlb edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR