“WhatsApp” istifadəçilərinin nəzərinə - YENİ VİRUS YAYILIB

“WhatsApp” istifadəçilərinin nəzərinə -  YENİ VİRUS YAYILIB

“WhatsApp” adı altında istifadəçilərin pullarını oğurlayan virus yayılıb

“Eset” antivirus şirkəti istifadəçilərə şəbəkədə mövcud olan troyan təhlükəsi  ilə bağlı xəbərdarlıq edib.


Sfera.az-ın İKT.lent.az-a  istinadən məlumatına görə, şirkət bildirib ki, “TrojanSMS.Agent.ZS” adkanan virus “WhatsApp” formasında maskalanır və istifadəçilərin hesabındakı pulları oğurlayır.

 
Məlumatda deyilir ki, insanlar ziyanverici proqramı mobil əlavələrin saytlarından yükləyirlər. Troyan “WhatsApp” messenceri ilə maskalanır və istifadəçilər tam olaraq məhz bu əlavəni yüklədiklərinə əmin olurlar.

 
Yükləmə zamanı “TrojanSMS.Agent.ZS” virusu yüklənməsi üçün administratorun hüquqi icazəsini istəyir. Məhz bundan sonra da virus planşetlərə, smartfonlara və digər “Android” avadanlıqlara ziyan vurmağa başlayır.

 
Bundan sonra troyan virusu ödənişli nömrələrə SMS məlumatlar göndərərək, avadanlıq barədə məlumatları lazımı yerlərə göndərir, müxtəlif zənglər edərək, istifadəçinin hesabından pulları oğurlamağa başlayır.

 
“Eset” mütəxəssisləri “Android” istifadəçilərini etibarlı antivurus yükləməklə istifadəçilərin özlərini və avadanlıqlarını mühafizə etməyə çağırırlar. Bundan başqa, mütəxəssislər bu tip proqramları ancaq yoxlanılmış mənbələrdən, idealda isə qanuni əlavələr olan mağazalardan əldə etməyi məsləhət görürlər.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...