Kərimovun qızına qarşı 300 milyonluq- Cinayət işi açıldı

Kərimovun qızına qarşı 300 milyonluq- Cinayət işi açıldı
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnara Kərimova barədə yeni xəbər var. 

Sfera.az Guardian qəzetinə istinadən xəbər verir ki,  ABŞ Ədliyyə Nazirliyi hazırda Daşkənddə ev dustaqlığında olan Gülnarə Kərimovaya qarşı yeni iddia qaldırıb.

Qəzet yazır ki, prezidentin qızı  Özbəkistan rəhbərliyinin üst səviyyə adlarından birinə ödənilən rüşvətin geri alına bilməsi üçün 300 milyon dollarlıq cinayət işi açıb. 

Qeyd edək ki, prezident qızının yaxın adamları Qayane Avakyan, Rustam Madumarov, Nurmuxammad Sadikov dövlətə 152,3 milyon dollarlıq ziyan vurublar. Onlar dövlət səhmlərini aşağı qiymətlərlə alaraq onları mənimsəyiblər və digər maliyyə maxinasiyalarına yol veriblər. 

Kərimova özünə qarşı bütün biznes pozuntuları iddialarını rədd edir.

Xatırladaq ki,  ötən ilin sentyabrından etibarən Gülnarə Kərimova Özbəkistan xüsusi xidmət orqanlarının güclü təqibləri altında olmuşdu. Onun bütün biznesi əlindən alınmışdı, adamları həbs olunmuşdu, özünə ölkədən çıxmaq qadağan edilmişdi. . G.Kərimova buna cavab olaraq anası Tatyana Kərimova və kiçik bacısı Lola, habelə atasının rejimi ilə bağlı twitter üzərindən ifşaedici məlumatlar yaymışdı.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...