Sürücüləri sevindirəcək xəbər - VİDEO

Sürücüləri sevindirəcək xəbər -  VİDEO

Sığorta ödənişləri yeni sistemlə müəyyən ediləcək.

Avtonəqliyyat vasitələrinin təmir-bərpa qiymətinin hesablanmasi üzrə yeni sistemin tətbiqi qəzalı avtomobillərin sahibləri ilə yanaşı sığorta şirkətlərinə də sərf edəcək. Yeni sistemin avtomobilin zərər dəymiş hissələrinin qiymətini avtomatik qaydada müəyyən etməsi, sığorta şirkətlərinin xərcini azaltmaqla yanaşı, sürücülərdə vaxt itkisinin qarşısını alacaq.

Oktyabrın birindən tətbiq olunması nəzərdə tutulan yeni sistem avtomobil sahibləri ilə sığorta şirkətləri arasında yaranana bir sıra problemləri aradan qaldıracaq. Belə ki əsas problemlərdən biri ondan ibarət idi ki, sığorta hadisəsi zamanı dəymiş zərərin hesablanması həmişə mübahisə predmeti olub. Amma yeni sistemlə sığorta ödənişi ediləcək avtomobilin zərər görmüş hissələr proqrama daxil ediləcək və sistem həmin detalın yenisinin və yaxud düzəlməsi üçün lazım olan məbləği avtomatik qaydada müəyyən edəcək. Bu üsulla isə həm vaxta qənaət ediləcək həm də sürücü ilə sığorta şirkəti arasında olan anlaşılmazlıqlar aradan qalxacaq.

Yeni sistem sığorta şirkətlərinədə bir sıra üstünlüklər verir.

Bu zaman zərərin hesablanması üçün müstqil ekspertin dəvət olunmasına da ehtiyac qalmayacaq.

Qeyd edək ki, ölkəmiz gələn ilin əvvəlindən yaşıl kart sisteminə qoşulacaq.Sözügedən xidmətin tətbiqi həm də ona görə səmərəlidir ki, sürücü xaricdə qəza törətdikdə sığorta şirkəti məhz bu sistemlə ödənişin hesablanıb ödənişin ediləmsinə imkan verəcək. Yenədə şirkət əlva xərc və vaxt itikisndən azad olacaq. /xezerxeber.com

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...