Mübarək ayın ilk 16 günündə Məkkəni 14 000 000 müsəlman ziyarət etdi

Mübarək ayın ilk 16 günündə Məkkəni 14 000 000 müsəlman ziyarət etdi

Mübarək Ramazan ayının ilk 16 günündə 14 milyondan çox müsəlman  Məkkəni ziyarət edib. Bu, ötən ilin həmin müddətində edilən ziyarətlərdən  40 % çoxdur.

Bu rekord rəqəmlər Məkkə qubernatoru şahzadə Xalid Əl-Feysəlin sədrliyi ilə keçirilmiş Mərkəzi həcc-komitəsinin iclası çərçivəsində elan edilib. Görüş zamanı komitənin ümrə mövsümündə əldə etdiyi nailiyyətlər və mübarək Ramazan ayının  son 10 gününə edilən planlar müzakirə olunub.  

 

Həcc İşləri üzrə nazir müavini İssa Məhəmməd Ravas isə qeyd edib ki, indiyə kimi Səudiyyə Ərəbistanına ümrə niyyətilə artıq 5 milyon xarici zəvvar gəlib. 


OXŞAR XƏBƏRLƏR