Merkel yunanları hədələdi: "Yardım olmayacaq"

Merkel yunanları hədələdi: "Yardım olmayacaq"

Həmrəylik və islahatlar olmadan Yunanıstan heç bir yardım göstərilməyəcək. Bu barədə Almaniyanın kansleri Angela Merkel bildirib.

Qeyd edək ki, Angela Merkel Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə bu gün Brüsselə səfərə gəlib.

“Həmrəy münasibət olmadan yardım üçün şərait də olmayacaq, həmrəylik və islahatlar olmadan hazırda irəlilədiyimiz yol artıq mümkünsüz olacaq” - deyə Merkel vurğulayıb.

Avroqrupun Yunanıstanla bağlı iclası nəticəsiz yekunlaşıb. Buna səbəb Yunanıstanın islahatlara və böhrandan çıxış yollarına dair öz təkliflərini təqdim etməməsi olub. Məlumata görə, bunu Avroqrupun sədri Yerun Deysselblum da təsdiqləyib. Onun sözlərinə görə, Yunanıstanın təklifləri iyulun 8-də təqdim edəcəyi gözlənilir.

“Afinanın təklifləri hələlik təqdim olunmayıb. Biz onları yaxın saatlarda, ən geci, sabah səhərə gözləyirik” - deyə Finlandiyanın maliyyə naziri Aleksandr Stubb bildirib.

Avroqrupun toplantısından əvvəl görüşün əsas məqsədinin Afinanın yeni təklifləri ilə tanışlıq olacağı bildirilirdi.

Qeyd edək ki, Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə bu gün Brüsselə səfərə gələn Almaniyanın kansleri Angela Merkel qeyd edib ki, Yunanıstana yardımın göstərilməsinə dair danışıqların bərpa olunması üçün hələlik heç bir əsas yoxdur. Merkel bildirib ki, islahatlar olmadan Afinaya heç bir yardım göstərilməyəcək: “Həmrəy münasibət olmadan yardım üçün şərait də olmayacaq, həmrəylik və islahatlar olmadan irəliləməyə çalışdığımız yol artıq mümkünsüz olacaq”.

Fransa prezidenti Fransua Olland da öz növbəsində Yunanıstan islahatları ilə bağlı hələlik dəqiq proqramın olmadığını bildirib (APA).

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sevgi ağlını başından alandır" - Vüsalənin həyatında kim var? - FOTO

Aparıcı Vüsalə Əlizadənin paylaşımı ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, sosial media hesabından fotolarını ya...

NATO-nun növbəti sammiti Türkiyədə olacaq

NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə alyans ölkələrinin liderlərinin yekun bəyanatında b...

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

  Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki ...

Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək - FOTOLAR

2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyas...

Trampla Zelenski görüşü başladı

NATO-nun Haaqa sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.   Sfera.az xəbər ver...

"Kapital Bank"ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Ass...