Avstriyada lüks otel alan azərbaycanlı oliqarx danışdı - FOTO

Avstriyada lüks otel alan azərbaycanlı oliqarx danışdı -  FOTO
Avstriyada otel alan azərbaycanlı iş adamı Fərid Ahverdiyev yeni oteli haqqında danışıb.
 
Biznesmen açıqlamasında 30 ildən çox Rusiyada yaşadığını və otel biznesi ilə məşğul olduğunu deyib. Lakin qonşu ölkədə iqtisadi vəziyyət pisləşdiyindən o, buradakı səhmlərini, biznesini sataraq Avstriyaya köçüb. İxtisasca hüquqşünas olan Fərid Ahverdiyev burada üçulduzlu otel alaraq biznesini davam etdirmək niyyətindədir.
 
"Biznesmen olduğum üçün, sözsüz ki, maddi maraqlarımı nəzərə alıram. Amma buradakı oteli görəndə ağlıma ilk olaraq Azərbaycanın Kəlbəcər, Laçın, Şuşa kimi gözəl məkanlarının təbiəti gəldi. "Hotel Rupertihaus" o qədər də böyük olmasa da burada həm yay, həm də qış turizmi üçün çox əlverişli şərait var. Bundan başqa, mən burada müntəzəm olaraq mədəni layihələr də keçirmək istəyirəm" - deyən Fərid Ahverdiyev tək azərbaycanlıların deyil, avstriyalıların da Azərbaycan musiqisini, klassik musiqisini bəyəndiyini bildirib.
 
Üçulduzlu otel dağ xizəyi həvəskarları üçün əlverişli şəraiti olan yerdədir. Burada həm də yay turizmi üçün şərait var.
 
"Mən Rusiya vətəndaşı olsam da azərbaycanlıyam. Azərbaycan Dövlət Universitetində (indiki BDU-red.) təhsil almışam. Bir dəfə burada konsert təşkil edilmişdi. Orada Fikrət Əmirovun, Qara Qarayevin əsərləri səsələndirilirdi. Fərhad Bədəlbəyli də həmin konsertdə iştirak edirdi. Tədbirdən sonra o, mənə dedi ki, avstriyalılar bu musiqini hiss edir və bəyənirlər. Buna görə "Hotel Rupertihaus" otelində mən həm də müxtəlif konsertlər, mədəni tədbirlər keçirmək niyyətindəyəm. Bunun üçün Azərbaycan filarmoniyası, konservatoriya ilə danışıqlar aparırıq" - deyə azərbaycanlı iş adamı əlavə edib.
 
30 otaqlı oteldə rahatlıq üçün bütün şərait yaradılıb.  /file/articles//file/articles/ANS Press
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...