“Kupça”ların verilməsində yeni qayda

“Kupça”ların verilməsində yeni qayda

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyət hüququnun qeydiyyatı ilə bağlı mühüm yenilik başlayır. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) verilən məlumata görə, bundan sonra daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsi avtomatik baş verəcək.

Belə ki, ƏMDK “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” təqdim edir. Yeni xidmət vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndərilməsini nəzərdə tutur. Başqa sözlə, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndəriləcək və əmlak öz yeni sahibinin adına qeydiyyatdan keçəcək. Nəticədə alqı-satqıdan sonra vətəndaşların müqaviləni DƏDRX-ə aparmasına ehtiyac qalmayacaq. Vətəndaş DƏDRX-ə cəmi bir dəfə, «çıxarış» götürməyə gedəcək. Xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır.

Son illər ƏMDK-nin bu sahədə apardığı islahatlar, xüsusilə də elektron və onlayn xidmətlərin geniş tətbiqi nəticəsində Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi dəfələrlə sürətlənib. Belə ki, 2014-cü ildə əmlakın hüquqi vəziyyəti ilə bağlı məhdudiyyət arayışlarının (Forma-1 arayışları) onlayn formada notariuslar vasitəsilə verilməsinə başlanmışdı. Nəticədə indiyədək bir neçə gün vaxt tələb edən bu proses cəmi 10-15 dəqiqəyə həyata keçirilir və vətəndaşların arayış almaq üçün DƏDRX-ə müraciətinə ehtiyac qalmır. “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” isə əmlakın qeydiyyatı prosesini növbəti dəfə qat-qat sadələşdirəcək. Yeni onlayn xidmət barədə daha ətraflı məlumat və zərirə bilgilər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 iyul 2015-ci il tarixində, saat 10:30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində keçirilən ictimai təqdimatda açıqlanacaq.  //fins.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...