Prezident silahla bağlı qanuna dəyişiklik etdi
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edib.
“Qafqazinfo” xəbər verir ki, sözügedən qanunda aşağıdakı dəyişikliklər edilib:
“7-ci maddənin IV hissəsinin 4-cü bəndində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.
8-ci maddənin III hissəsində “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin”.






