III dünya müharibəsinin anonsu verildi

III dünya müharibəsinin anonsu verildi

Əgər Rusiya Avropa və Kanada kimi Birləşmiş Ştatlara tabe və vassalı olmasa, Ağ Ev Moskvaya qarşı müharibəyə başlayacaq.

Məşhur analitik Pol Kreyq Roberts hesab edir ki, Pentaqon artıq yeni hərbi strategiyasını bəyan edib. Bu strategiyada müstəqil siyasət yürüdən ölkələr hədəf götürülüb.

Xatırladaq ki, Vaşinqtonun yeni milli hərbi doktrinasında əsas hədəf terrorçular deyil, ABŞ tərəfindən müəyyən edilən beynəlxalq normalara qarşı çıxan dövlət subyektləri göstərilir. /file/articles//file/articles/anspress

Pol Kreyq Roberts hesab edir ki, guya beynəlxalq normaları pozan ölkələr ABŞ-ın maraqlarını nəzərə almadan qərar verirlər. Ona görə də Vaşinqton həmin ölkələri özləri üçün təhlükə hesab edir və bu ölkələrə hücum etməyi planlaşdırır.

Politoloqun sözlərinə görə, hazırda ABŞ əsas hədəf kimi Rusiya, Çin və İranı götürüb. Bundan başqa Vaşinqtonun yeni milli hərbi doktrinasında Ermənistan, Qırğızıstan və Cənubi Amerika ölkələrində dövlət çevrilişlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Vaşinqton bu yaxınlarda üçüncü dünya müharibəsinin qaçılmazlığını bəyan edən Çini "cilovlamağa" ümid edir və bu ölkə ilə Cənub-Çin dənizində yerləşən adalara görə qarşıdurma vəziyyətindədir.

Rusiyanı beynəlxalq normaları kobud şəkildə pozduğunu bildirən Kreyq Roberts Pentaqonun doktrinasının amerikalıların təhlükəsizliyi naminə yeni konfliktlərin baş verəcəyini təsdiqlədiyini deyib.

"Bu sənəd ondan xəbər verir ki, Rusiya ilə müharibə bizim gələcəyimizdir. Moskva Avropa, Kanada, Avstraliya, Ukrayna və yaponiya kimi ABŞ-a tabe olmasa, müharibə başlayacaq. Onda biz hamımız öləcəyik, ya da Rusiyanın cavabını verəcəyik", - Roberts bildirib.

Qeyd edək ki, ABŞ iyulun 10-da Nevada ştatının Tonop poliqonunda yeni nüvə bombasının sınağını həyata keçirib. Rusiya Müdafiə Nazirliyi buna dərhal reaksiya verib.

Müdafiə nazirinin müavini Anatoli Antonov Vaşinqtonun bu addımını təxribat adlandırıb.

"Nüvə silahının sınağının keçirilməsi Vaşinqtonun "nüvə silahları olmamalıdır" bəyanatına tamamilə ziddir. Yeni sınağın həyata keçirilməsi F-15E bombardmançı qırıcıların nüvə başlıqlı silahları daşımasını sübut edən faktdır. Bu onu deməyə əsas verir ki, nüvə sınağı В61-12 atom bombasının Avropada yerləşdirilən NATO bombardmançı qırıcılarında istifadə mümkünlüyünü yoxlamaq üçün keçirilib", - Antonov bildirib.

Nazir müavininin sözlərinə görə, bu sınaqlar ABŞ-ın Avropada Rusiya ərazilərini dəqiq vura bilən nüvə silahlarını yerləşdirmək planının olduğunun bariz nümunəsidir.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...