İpoteka gözləyənlərə şad xəbər

İpoteka gözləyənlərə şad xəbər
Prezident ipoteka kreditləşməsinə əlavə 200 milyon manat ayrılacağını açıqladı
"İlin axırına qədər iqtisadi artımın yüksək templəri və makroiqtisadi inkişaf templəri saxlanılması, dövlət investisiya proqramları, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsi vacibdir".

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev  bunu dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bölgələrin qaz, su və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Prezident İlham Əliyev bu layihələrin tam icrası ilə bağlı müvafiq vəsaitlər ayrılacağını, ölkədə meliorasiya tədbirləri davam etdirildiyini, sənayeləşmə prosesi uğurla getdiyi vurğulayıb. Dövlət başçısı yeni ixrac bazarlarının tapılması, rəqabətə davamlı məhsulların istehsal olunması və yeni iş yerlərinin yaradılması ilə bağlı göstərişlər verib, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, vergi daxilolmalarının tam təmin olunması, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb: "Yaxın vaxtlarda dərman preparatlarının qiyməti tənzimlənəcək və bu sahədə şəffaflıq təmin olunacaq. İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılacaq".
Prezident İlham Əliyev bildirib ki, paytaxtda ekoloji vəziyyət getdikcə yaxşılaşır, Böyük Şor gölünün təmizlənməsi prosesi davam edir, Birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axını daha da sürətlənib.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...