“Azərbaycan banklarında elektronlaşma və rəqəmsallaşma sürətlə artır” - İbrahim Alışov

“Azərbaycan banklarında elektronlaşma və rəqəmsallaşma sürətlə artır” - İbrahim Alışov
"Ötən illə müqayisə etdikdə Azərbaycan banklarında elektronlaşma və rəqəmsallaşma ilə bağlı sürətli müsbət dinamikanı görürük”.

Bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində ("Fintex Sammit”) çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

"Bu gün Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 27-də internet bankçılıq, 25-ə isə mobil bankçılıq xidmətləri təklif edilir. Bu ilin I rübündə açılmış hesablar üzərindən aparılan əməliyyatlar;n təxminən 31%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib. Bu nisbət ötən ilin eyni dövründə 22% olub”, - o qeyd edib.

Bundan başqa, İ.Alışovun sözlərinə görə, hazırda Azərbaycanda banklara məxsus 6,8 milyon ədəd plastik kart var: "Təkcə bu ilin I rübündə dövriyyəyə 772 min ədəd təmassız ödəniş kartı buraxılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Son 1 ildə elektron ticarət hesabına aparılan əməliyyatların dəyəri də 2 dəfədən çox artıb, 266 milyon manatdan 573 milyon manata yüksəlib”. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...