Qorxunc cinayət kameralarda - VİDEO (18+)

Qorxunc cinayət kameralarda -  VİDEO (18+)
Türkiyənin Bursa şəhərində inşaat sahibi ilə mebel işi ilə məşğul olan iş adamı arasında ölümlə nəticələnən dava düşüb. Şəhərin ən gur yerlərindən olan Topxana Meydanındakı cinayət anı bir həvəskar tərəfindən görüntülənib. Ard-arda açılan güllə səsləri ətrafdakılara böyük şok yaşadıb. 

Mebel fabriki açmağa hazırlaşan Rızayettin Serbest, fabrikin tikintisini tapşırdığı Tacettin Başoral işi yarıda buraxıb. R. Serbest T.Başoral ilə məsələni aydınlaşdırmaq üçün oğlu Erkan Serbestlə birlikdə Tophane Meydanına gəlir. Danışıqda hər iki tərəfin silahlanmış yaxınları da iştirak edib. 

Müzakirə əsnasında mübahisə başlayanda Erkan Serbest, Tacettin Başoralı qasığından yaralayır. Qarşı tərəf buna cavab olaraq silahla onu sinəsindən ağır yaralayır.

Başoral yaralı halda yerdə uzanaraq qanaxmanı dayandırmağa çalışan zaman Rızayettin Serbest silahla ona yaxınlaşaraq başına bir dəfə atəş açıb. Bu güllədən inşaatçı elə yerindəcə dünyasını dəyişir. Rızayettin bunun ardından öldürdüyü inaatçıya yardım edən adama da atəş açsa da, güllə ondan yan keçir.

Yaralı oğlunun yanına geden Serbest, təcili tibbi yardım maşını gələnədək əlində tapança ilə oğlunun başı üstündə gözləyib. Yaralı Erkan xəstəxanaya aparılıb. Polis Rızayettin Serbesti hadisədən sonra yaralı oğlunun vəziyyətini öyrənmək üçün xəstəxanaya gedərkən yaxalayıb. 

Hadisə ilə bağlı araşdırma başlanılıb. Serbestin eyni zamanda Üçevler məhəlləsinin muxtarı olduğu da bəlli olub. Polis İdarəsinə aparılan qatil cinayətin çəkildiyindən xəbərsiz olduğundan ifadəsində heç kimə atəş açmadığını deyib.(anspress.com)

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...