"Media dövlətin maraqlarını tarixdə heç vaxt bu qədər ifadə etməmişdi" - Vüqar Əliyev

"Media dövlətin maraqlarını tarixdə heç vaxt bu qədər ifadə etməmişdi" -  Vüqar Əliyev
"Bu gün prosesləri təhlil edəndə deyə bilərik ki, Azərbaycanda güclü, peşəkar, Azəbaycan dövlətinin maraqlarını müdafiə edən bir media formalaşıb. Bunun bariz nümunəsini biz Bakıda keçirilən Birinci Avropa Oyunları dövründə müşahidə etdik. Azərbaycan mediası bəlkədə tarixdə heç vaxt bu qədər öz dövlətinin maraqlarını ifadə eləməmişdi. Azərbaycan jurnalistləri kifayət qədər peşəkarlıq nümayiş etdirdilər, Azərbaycan dövlətinin yanında oldular”. 

Sfera.az movqe.az-a istinadən xəbər verir ki, bu sözləri bu gün Masallı rayonunda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda keçirilən regional konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev səsləndirib.

V.Əliyev bildirib ki, Azərbaycanı həmin dövrdə ittiham edənlər Azərbaycana qarşı həmin dövrdə çox ciddi kampaniya aparırdılar: " Bu kampaniyaya Azərbaycan mediası çox layiqli cavab verdi. Bu kampaniyanı aparanlar Azərbaycanda insan haqlarının, azad sözün boğulduğunu iddia edirdilər. Amma onlar Azərbaycanda media deyəndə özlərinin idarə etdiyi iki-üç mətbuat orqanını, informasiya saytını, azərbaycanda jurnalist deyəndə onların əli altında olan bir neçə jurnalisti nəzərdə tuturdular. Onlar QHT deyəndə özlərinin maliyələşdirdiyi bir neçə QHT-ni nəzərdə tuturdular. Onlar hesablamırdılar ki, Azərbaycanda 5 mindən artıq media uçota götürülüb, 100-lərə qəzet, jurnal, 50-dən artıq KİV 300-dən artıq sayt, onlarla yayım firması, jurnalist təşkilatı fəaliyyət göstərir. Onlar üçün Azərbaycanda söz azadlığı, iki-üç nəfərin Azərbaycanda insanları təhqir etmək idi. Onlar öz dövlətinə, millətinə qarşı fəaliyyət göstərmək azadlığını söz azadlığının təməl prinsipi kimi götürürlər. Öz dövlətinin maraqlarını satmağı, ermənilərlə iş birliyini onlar azərbaycanda vətəndaş cəmiyyətinin azadlığı kimi təlqin edirlər. Halbuki, heç bir müstəqil siyasət yürüdən hakimiyyət bunları qəbul edə bilməz Hakimiyyətin də funksiyası ondan ibarətdir ki, Azərbaycan xalqının real maraqlarını müdafiə edərək qorusun!”.

OXŞAR XƏBƏRLƏR

"Sevgi ağlını başından alandır" - Vüsalənin həyatında kim var? - FOTO

Aparıcı Vüsalə Əlizadənin paylaşımı ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, sosial media hesabından fotolarını ya...

NATO-nun növbəti sammiti Türkiyədə olacaq

NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə alyans ölkələrinin liderlərinin yekun bəyanatında b...

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

  Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki ...

Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək - FOTOLAR

2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyas...

Trampla Zelenski görüşü başladı

NATO-nun Haaqa sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.   Sfera.az xəbər ver...

"Kapital Bank"ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Ass...