Orta məktəblərdə “Azərbaycan tarixi” ləğv olunur bu kimin sifarişidir?!

Orta məktəblərdə “Azərbaycan tarixi” ləğv olunur bu kimin sifarişidir?!

İyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələ müzakirə edilib. AMEA Tarix İnstitutunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə müzakirə zamanı bildirilib ki, indidən sonra orta məktəblərdə “Azərbaycan tarixi” ayrıca fənn kimi tədris olunmayacaq.

Təklif edildiyinə görə xalqımızın tarixi Tarix fənninin tərkibində, yəni Ümumi tarix və ya Dünya tarixinin tərkibində tədris olunacaq. Belə bir müzakirənin müstəqillik illərində qaldırılması və müzakirəyə çıxarılması dərin təəccüb və təəssüf hissi doğurur.

Bu məlumatla tanış olarkən Sovet dövründə Azərbaycan tarixinin Diyarşünaslıq fənni tərkibində 24 saat həcmində tədris olunması, ağır mübarizələrdən sonra “Azərbaycan tarixi”nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz yada düşür. Sovet dövründə hətta, “Azərbaycan tarixi”nə ayrılan saatların “Ümumi tarix”ə ayrılan saatlar qədər olmasına da nail olunmuşdu. 1990-cı ildə isə üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi” proqramı da çap edilmişdi. Özü də, həmin proqram 1990-cı ildə Fövqəladə Vəziyyət günlərində çap olunmuşdu.

İnsanı təəccüb bürüyür: görəsən müstəqillik dövründə, özü də Ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə böyük önəm verdikləri halda, yeni nəsilə, xüsusən də gənclərimizə vətənpərvərlik ruhunun aşılanması ən mühüm vəzifə kimi qarşıda durduğu bir zamanda, nəhayət Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?!

Nə üçün xalqımızın tarixini aşağılayan bu cür qərarların qəbul edilməsinə cəhd göstərilir?! Əgər bu göstəriş Qərbdən və Okeanın o tayından verilirsə, bunu nə üçün başqa ölkələr, hətta torpağımızı işğal edən düşmənlərimiz belə qəbul etmir, lakin biz qəbul edirik. Qərbdən, ya Okeanın o tayından verilən sifarişləri qəbul edənlər yaxın keçmişdə qardaş Türkiyədə təhsilin başına gələnləri nə tez unudublar.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Ulu öndər Heydər Əliyevin ideyalarını və Prezident İlham Əliyevin konkret tapşırıqlarını yerinə yetirərək tariximizi saxtakarlıqlardan, təhriflərdən təmizləməklə məşğuldur.

Müstəqil Azərbaycanın tarixi yad konsepsiyalara məhəl qoyulmadan, Azərbaycançılıq ruhunda müstəqil surətdə araşdırılır və yazılır. Fikrimizcə, “Azərbaycan tarixi” orta məktəblərdə ayrıca fənn kimi mütləq tədris olunmalıdır. “Azərbaycan tarixi”nin ləğvinə yol vermək olmaz! Ən azı ona görə ki, yaxın və uzaq ölkələrdə qınaq obyekti olarıq. Əgər müstəqillik illərində biz öz tariximizin orta məktəblərdə müstəqil fənn kimi tədris olunmasını aradan qaldırırıqsa buna nə ad vermək olar? Görəsən doğma tarixin tədris olunmasının ləğv olunması məsələsi bizdən başqa hər hansı bir ölkədə müzakirə olunarmı?!

Məntiqiniz hanı? Bir tərəfdən “Qarabağ tarixi”ni ayrıca fənn kimi orta məktəb proqramına salırsınız, digər tərəfdən isə “Azərbaycan tarixi”ni ləğv edirsiniz! Gəlin, əl açıb başqa ölkələrdən dəyər sədəqəsi dilənməyək! Öz tariximizə, öz dəyərlərimizə sahib çıxaq!

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...