Vergilər Nazirliyi generalın oğlu barədə hansı açıqlamanı verdi

Vergilər Nazirliyi generalın oğlu barədə hansı açıqlamanı verdi
Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin rəis müavini Məhəmməd Sadıxovun yol hərəkəti qaydalarını pozması ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov "Report"a deyib ki, baş verən hadisə ilə bağlı danışmaq istəmir.
 
"Report"un əməkdaşı nazirliyin rəsmisindən soruşub ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavini Məhəmməd Sadıxovun yol hərəkəti qaydasını pozması, həmin vaxt içkili olması, yol polisi ilə mübahisə edib onu söyüb təhqir etməsi doğrudurmu, Vergilər Nazirliyi bununla bağlı araşdırma aparıbmı, Məhəmməd Sadıxovun izahatı alınıbmı? Əgər məlumat doğrudursa, Vergilər Nazirliyinin rəhbərliyi yol hərəkətini və ictimai qaydanı pozan əməkdaşı haqda hansı tədbir görüb, əgər məlumat səhvdirsə, Məhəmməd Sadıxova şər atan polisin cəzalandırılması üçün müvafiq qurumlara müraciət olunubmu?
 
Vergilər Nazirliyinin rəsmisi Şahin Məmmədovun açıqlaması qısa olub: "Yalnız onu deyə bilərəm ki, Vergilər Nazirliyi bu məsələyə münasibət bildirmək istəmir".
 
Xatırladaq ki, bir neçə gün öncə Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Qasımov yol hərəkəti qaydalarını pozan sürücünü saxlayıb. Bundan sonra polislə sürücü Məhəmməd Sadıxov arasında mübahisə düşüb, sürücü ərazini tərk edib. Hadisədən bir gün sonra isə polis əməkdaşı Cavanşir Qasımov işdən azad edilib.
 
Məlum olub ki, M.Sadıxov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavinidir. O, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun oğludur.

OXŞAR XƏBƏRLƏR

"Sevgi ağlını başından alandır" - Vüsalənin həyatında kim var? - FOTO

Aparıcı Vüsalə Əlizadənin paylaşımı ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, sosial media hesabından fotolarını ya...

NATO-nun növbəti sammiti Türkiyədə olacaq

NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə alyans ölkələrinin liderlərinin yekun bəyanatında b...

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

  Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki ...

Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək - FOTOLAR

2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyas...

Trampla Zelenski görüşü başladı

NATO-nun Haaqa sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.   Sfera.az xəbər ver...

"Kapital Bank"ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Ass...