İşdən çıxarılan polis rəisi danışdı - Öz günahını qəbul etdi

İşdən çıxarılan polis rəisi danışdı -  Öz günahını qəbul etdi

Sabiq yol polisi rəisi: "Guya əsassız olaraq işdən azad olunmağımla bağlı haqqımda mətbuatda yer alan xəbərlər həqiqətdən uzaqdır"

Son günlər bəzi kütləvi informasiya vasitələrində bir neçə yol polisinin haqsız olaraq vəzifəsindən çıxarılması barədə yazılar yer alır. Bu sırada Şamaxı RPŞ Dövlət Yol Polisi bölməsinin sabiq rəisi Mübariz Fətəliyevin də adı hallanır.

Bununla bağlı Trend-in sorğusunu cavablandıran M.Fətəliyev bildirib ki, mətbuatda yer alan belə məlumatların heç bir əsası yoxdur və onun işdən azad edilməsinin səbəbi yol verdiyi nöqsanlarla bağlıdır.

M.Fətəliyev deyib ki, onun vəzifədən çıxarılması barədə haqlı qərar verilib: “Mən 1990-cı ildən daxili işlər orqanlarında işləyirəm, 2000-ci ildən də polis zabitiyəm. Son 6-7 ildə 3 rayonda yol polisi bölməsinin rəisi olmuşam. Bu həqiqətə uyğun olmayan yazıları kim verirsə, xahiş edirəm ki, buna son qoyulsun. Həqiqətən də mən işimdə ciddi nöqsanlara yol vermişəm, bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışam. Məhz buna görə daxili işlər naziri cənab Ramil Usubovun əmri ilə tutduğum vəzifədən azad edilmişəm və sərəncama götürülmüşəm. Eyni zamanda, mənimlə bərabər sürücülərlə kobud rəftara görə bölmənin bir neçə əməkdaşı da tutduqları vəzifələrdən uzaqlaşdırılıb və post-patrul xidmətinə keçirilib. Fürsətdən istifadə edərək bir daha xahiş edirəm ki, bəzi jurnalistlər bizi öz çirkin niyyətlərinə alət etməsinlər və lüzumsuz yerə adımızı hallandırmasınlar. Əks təqdirdə, məhkəməyə müraciət etməli olacağıq".


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...