Logo

Salyanda məktəblilər olan avtobus aşdı - Ölən və yaralananlar var

Salyanda məktəblilər olan avtobus aşdı - Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.

Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi "Mercedes Vito” markalı mikro avtobusun idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

***

Səhiyyə Nazirliyindən "Qafqazifo”ya verilən məlumata görə, qəza nəticəsində 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR