Azərbaycanda istirahət baha başa gəlir - VİDEO

Azərbaycanda istirahət baha başa gəlir -  VİDEO

Qiymətlər xarici ölkələrlə müqayisədə 40-50 faiz yüksəkdir

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev turizm sahəsindəki vəziyyətdən narazılığını dilə gətirdi. Dövlət başçısı otel qiymətlərinin yüksək olduğunu bildirdi və aidiyyatı qurumlara tapşırıqlar verdi.

Nazirlər Kabinetinin iclasında ölkə turizminin vəziyyətinə toxunan dövlət başçısı qiymətlərin yüksək olmasından narahatlığını bu cür dilə gətirib. Azərbaycanın geniş turizm imkanlarının olduğunu bildirən prezident bu potensialdan lazımi səviyyədə istifadə olunmadığını deyib.

Bəli, ölkəmiz bir tərəfdən dənizi, digər tərəfdən sıx meşələri, təmiz havası, füsunkar təbiəti ilə turizm üçün olduqca əlverişli imkanlara malikdir. Ancaq vətəndaşlar dincəlmək üçün xarici ölkələrə gedirlər. Səbəb Azərbaycanda qiymətlərin yüksək olmasıdır.

Hazırda vətəndaşların istirahət üçün ən çox üz tutduğu ölkələr qonşu Türkiyə və Gürcüstan, eləcə də Avropa dövlətləridir. Burada otel qiymətlərinə nəzər saldıqda Azərbaycanla müqayisədə böyük fərq ortaya çıxır. Turizm şirkətlərindən "Xəzər Xəbər"ə verilən məlumata görə, hazırda azərbaycanlıların ən çox getdiyi Türkiyənin Antalya şəhərində 1 nəfər üçün 1 həftəlik tur-paketin qiyməti 500-550 manat, Bodrumda 800 manat, Kuş adası və Marmarisdə 700 manat, Gürcüstanda 300 manatdan başlayır. Bura gediş-gəliş üçün aviabilet, qarşılanma, yolasalınma, sığorta və otel qiyməti daxildir. Əlavə xidmətləri çıxsaq, bir nəfərin oteldə 1 həftə istirahəti Türkiyədə 200-300, Gürcüstanda 80-100 manata başa gəlir. Azərbaycanda isə bu qiymətə yalnız 1 gün oteldə gecələmək olar.

Şəki, Lənkəran və Qubadakı 4 ulduzlu otellərdə qiymətlər 1 nəfər üçün gündəlik 70, Nabrandakı istirahət mərkəzlərində isə 50-90 manat arasında dəyişir. 5 ulduzlu otellərdə isə qiymətlər daha fantastikdir. Gəncədəki 5 ulduzlu oteldə 1 gün üçün qiymət 120-140, Qubada 160-190, Qəbələdə 150 manat ətrafındadır. Qeyd olunan qiymətlərə yalnız səhər yeməyi daxildir. Deməli, bir həftə Qubada ya Qəbələdə dincəlmək üçün min manatdan artıq xərc çəkilməlidir. Yəni, Türkiyə və Gürcüstandan az qala 2 dəfə artıq.

Özü də Azərbaycanla xaricdəki istirahət mərkəzləri təkcə qiymətlərinə görə fərqlənmir. Oradakı xidmət və şərait də ölkəmizlə müqayisə olunmayacaq dərəcədə yüksək səviyyədədir. Qiymətlərdə isə həmin fərq tərs mütənasibdir. //xezerxeber

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...