Logo

Tanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLAR

Tanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tədbirlərin birində tanınmış prodüser Təranə Səmədova və DJ Roşkanı bir-biri ilə söhbətləşən gördük. Hər iki doğma insanı kənarə çəkib, söhbətləşmək qərarına gəldik, ancaq söhbətimizin belə alınacağını həqiqətən də bilmirdik. Cütlüyün 1 il boyunca gizli saxladığı münasibəti axır ki, ortaya çıxdı. Təranə və Roşka özləri də fərqinə varmadan, nələri etiraf etdilər, nələri... bir sözlə keçmiş sevgililər, indiki dostların ATV.az-a etirafını özünüz oxuyun: 

Əfruzə: Necəsiz?

Roşka: Mane olursan , ay Əfruzə, imkan ver, söhbət edirdik də... (gülürük-red)

Təranə: Bizim Roşka ilə söhbətlərimiz heç zaman bitmir, çünki bir-birini çox istəyirik. Çox az sayda insanlar var ki, mən əminliklə söyləyə bilirəm ki, o da məni çox istəyir. Rövşən elə insandır. Hətta mərcə də girə bilərik ki, kim-kimi daha çox istəyir. 

Əfruzə: Ay Rövşən, tez-tez belə mərcə girirsiniz?

Roşka: Demir ki, indi mərcə giririk (gülür-red). Bu gün sabah bir il olacaq ki, Təranə mənə çox doğma insan oldu. 

Təranə: Zaman keçdikcə insanlar bir-birilərinə daha çox bağlanır, doğmalaşır. 

Əfruzə: Rövşən, Təranə sənin üçün kimdir?

Roşka: Sən bu sualları hardan tapırsan, ay Əfruzə (gülürlər-red) Təranə mənim ən yaxın, əziz, doğma dostumdur.

Əfruzə: Təranə bəs sənin üçün ?

Təranə: Mən də eynisiylə razıyam.

Əfruzə: Təranə və Rövşən ... (gülürlər, mən davam edirəm -red) Bilirsiz ki, jurnalistlər söz saxlaya bilmir, xüsusilə də mən. Sevgili idiniz, dostdan savayı, düzdürmü? Ancaq hər ikinizə olan hörmətimizdən, media işçiləri bu barədə yazmırdı. İndi vəziyyət necədir?

Roşka: Təranənin həyatında başqa bir insan var, istəmərəm ona problem yaransın. Həm belə şeylər barədə kişilərin açıqlama verməsi düzgün çıxmaz. Ən yaxşısı bu barədə Təranə danışsın.

Təranə: Yalan danışmaq istəmirəm və süniliyi də bacarmıram. Roşka ilə sevgili idik, ancaq indi ayrılmışıq. Hal-hazırda həyatımda sevdiyim var, çox da xoşbəxtəm. Roşka ilə 6 ay sevgili olmuşuq, indi isə sadəcə tam səmimi, doğma dostlarıq. Yenə də dostumdu, onun xətrini çox istəyirəm. 

Roşka: İstər sevgili, istərsə də dost olduğumuz zamanlarda Təranə ilə inanın ki, çox üst-üstə düşən xasiyyətlərimiz var idi. Hər bir şey bir-birini tamamlayırdı. İndi də ona xoşbəxtlik arzu edirəm.

Sfera.azTanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLARTanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLARTanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLARTanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLARTanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLARTanınmış prodüser və DJ - sevgili olduqlarını etiraf etdilər ÖZƏL - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR