Prezidentə necə e-mail yazmaq olar? - İlham Əliyevə şikayət etməyin yolu
Prezident qeyd edib ki, xoşagəlməz hallar baş verən zaman sahibkarlar birbaşa ona e-mail vasitəsilə, məktub yazmaqla müraciət edə bilərlər: “Bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”. Məlumat üçün qeyd edək ki, Prezidentin rəsmi internet saytına (prezident.az) daxil olub, ana səhifədə “Prezidentə məktub yazmaq” bölməsini tıklamaqla, çox asanlıqla məktub göndərmək mümkündür. Məktub qısa, yığcam və lakonik olmalı, 1500 işarəni aşmamalıdır. Bütün bu qaydalarla bağlı prezident.az saytının sözügedən bölməsində ətraflı məlumat verilir və məktub göndərilmə mərhələsi izlənilir. Şikayətçiyə sadəcə göstərilən o qaydalara əməl etmək qalır. (axar.az)
Sfera.az






