Qurban Qurbanov “Rudar” ilə oyundan danışdı

Qurban Qurbanov “Rudar” ilə oyundan danışdı

Qurban Qurbanov: “Rudar” komandası ilə oyun bizim üçün çox vacibdir

“Rudar” komandası ilə oyun bizim üçün çox vacibdir. Ona görə də komandanı ən yüksək səviyyədə hazırlamağa çalışdıq.

Bu sözləri iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində Monteneqronun “Rudar” komandasını qəbul edəcək “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurban deyib.

“Rudar”ın oyununu təhlil etdiklərini vurğulayan baş məşqçi bildirib ki, rəqib komanda heyət dəyişib və güclənib. Rəqibin oyun üslubu bizə problem yarada bilər. Bu komandanı yalnız ilk oyundan sonra tam yaxşı tanıyacağıq. İkinci oyunda isə işimiz bir qədər yüngül olacaq. Buna görə də ilk oyunda mümkün qədər az səhvə yol verməliyik.

Hücumçu probleminin gec həll olunmasının planlara təsir göstərməyəcəyini bildirən Qurban Qurbanov yaxşı futbolçu tapmağın çətinliyini vurğulayıb. Qeyd edib ki, Türkiyədə legionerlərə qoyulan hədd aradan götürülüb. Bu səbəbdən bizə həm az legioner təklif olundu, həm də azad agent statusu daşıyanlar çox azdır. Əsas odur ki, transfer etdiyimiz Raydel Pupon komandamıza uyğun gəlsin.

Rəqibin Reynaldodan ehtiyatlandığını və bunun normal olduğunu deyən baş məşqçi bildirib ki, digər futbolçularımız da oyun keyfiyyətlərini yaxşılaşdırmağa cəhd etməlidirlar. Futbolçu bunu özü də başa düşməlidir.

“Rudar” – “Qarabağ” görüşünü rumıniyalı referi Sebastyan Koltesku idarə edəcək. Ona Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu və George Katalin Qaman kömək edəcəklər. Oyunun hakim-inspektoru Volodimir Petrov (Ukrayna), UEFA nümayəndəsi isə İvan Borissov Lekov (Bolqarıstan) olacaq.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...