Zakir Həsənov Qarabağdan danışdı

Zakir Həsənov Qarabağdan danışdı

Müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 15-dən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovla görüşüb.

Ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunan görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri vurğulayıb ki, ərazilərimiz hələ də işğal altında saxlanılır və səbri tükənmiş Azərbaycan xalqı torpaqlarmızın tezliklə azad olunmasını tələb edir. Eyni zamanda, Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiondakı sabitliyə təhlükə yaratdığını, problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Silahlı Qüvvələrimizin, hərbi, müdafiə infrastrukturunun və sənayesinin yüksək səviyyədə inkişafını vurğulayaraq ölkəsinin bu təcrübədən istifadə edəcəyini deyib.

Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstan Respublikasının ölkəmizdəki hərbi attaşesi, polkovnik Almas Bazarbayev iştirak edib. //"Xəzər Xəbər"


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...