Kəmaləddin Heydərov FHN əməkdaşına rütbə verdi

Kəmaləddin Heydərov FHN əməkdaşına rütbə verdi

Azadlıq prospektində baş verən yanğında əleyhqazını vətəndaşa verərək həyatını riskə atan Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Xətai Şahverdiyev kapitan rütbəsi alıb. 

Sfera.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, X. Şahverdiyev bu haqda sosial şəbəkədə yazıb: “Kapitan rütbəsi aldığım üçün çox sevinirəm. FHN əməkdaşı olmaq şərəfdir. Azərbaycan Respublikasına xidmət edirəm”. 

Qafqazinfo”ya açıqlamasında tək onun yox, digər yoldaşlarının da rütbə alacağını bildirən kapitan gənc yaşda bu rütbəyə çatmağın xoş olduğunu vurğulayıb. 

Xatırladaq ki, X. Şahverdiyev 14-cü mərtəbədən Bilal adlı orta yaşlı bir şəxsi xilas edərkən əynindəki döyüş paltarını və əleyhqazı ona verdiyi üçün özü zəhərlənmişdi. 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...