Emin Ağalarov Leyla Əliyevadan danışdı - Video

Emin Ağalarov Leyla Əliyevadan danışdı -  Video
Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə boşandıqan sonra müğənni və 
“Crocus Group” şirkətinin vitse-prezidenti Emin Ağalarov "Səni unutmaq" mahnısına klip çəkdirib.
Ağalarov mahnının Leyla Əliyevaya həsr olunması ilə bağlı yayılan xəbərlərin mif olduğunu bildirib. Onun sözlərinə görə, mahnını Əliyeva ilə yollarını ayırmazdan əvvəl bəstələyib. Emin qeyd edib ki, mahnının məzmunu bir çox insanlar üçün yaxın görünə bilər.

“Hislər soyuya bilər, sevgi keçə bilər. Hətta əgər münasibətlər qurtarırsa, ürəkdə gecələr sakitcə yatmağa imkan verməyən nəsə qala bilər", - Ağalarov bildirib.

Emin etiraf edib ki, onun Leyla Əliyeva ilə münasibətləri çox gözəl olaraq qalır və onların doqquz illik nikahına xüsusi mahnı həsr olunmasına ehtiyac yaranmayıb.

“Leyla mükəmməl insan, tamamilə unikal anadır. Məndə uşaqların tərbiyəsi üçün ona minnətdarlıq hissindən başqa heç nə ola bilməz. Amma mən də həmçinin yaxşı atayam”, - deyə Emin qeyd edib.
Emin övladları Əli və Mikayılla

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib.
Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini bildirib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.

Leyla xanımın açıqlamasından sonra Emin bəy də məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik"
Leyla Əliyeva və Emin Ağalarov 30 aprel 2006-cı ildə ailə qurublar. Onların nikahı böyük sevgi və hörmət üzərində qurulmuşdu.
1 dekabr 2008-ci ildə cütlüyün Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib../file/articles/ANS
Sfera.az