Ömürlük cəza alan şəxsin istəyi reallaşdmadı- ANA VƏ QIZINI ÖLDÜRMÜŞDÜ....
Kateqoriya məlum deyil
Şirvan Apellyasiya Məhkəməsində ana və qızını öldürməkdə təqsirləndirilən Yaşar Bayramovun barəsində olan hökmdən verdiyi şikayət üzrə məhkəmə keçirilib.
Keçirilən prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına əsasən Yaşar Bayramovun şikayəti təmin edilməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin verdiyi ömürlük azadlıqdan məhrum etmə cəzası dəyişidirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən il avqustun 29-da gecə saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Y.Bayramov həmkəndliləri - 1932-ci il təvəllüdlü Firuzə Əsgərova və onun qızı, 1972-ci il təvəllüdlü Sənubər Əsgərovanı qətlə yetirib. Hadisə yerindən qaçan Y.Bayramov Bakıda saxlanılıb.Lent






