Oliqarxın avtoş oğlu: İsveçrədə həbs edilən Babayev kimdir?

Oliqarxın avtoş oğlu: İsveçrədə həbs edilən Babayev kimdir?

Cenevrədə azərbaycanlı iş adamı, avtoşluq edərkən alman təqaüdçünün xəsarət almasına səbəb olan Ziya Babayevə 2 illik şərti həbs və 10 min dollar cəza verildiyi barədə məlumat yayıldı. 2009-cu ildə İsveçrəni bir-birinə qatan və ardınca ölkə mətbuatının əsas manşetlərində yer alan bu gənc kimdir və kimin oğludur?

Z.Babayevin Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil aldığı barədə o vaxt məlumat yayılmışdı. Mərkəzin rəhbərinin də milliyətcə azərbaycanlı Tamerlan Həsənov olduğu iddia edilir. Azərbaycan adı çəkilən şəxsi hazırda beynəlxalq axtarışa verib. O, dövlət vəsaitinin mənimsənilməsində günahkar bilinir. Belə ki, Rəsul Quliyev Azərneftyağ Bakı Neftayırma Zavodunun direktoru vəzifəsində işləyərkən zavodun baş mühasibi Lebedeva Qalina Nikolayevna və Moskva şəhərində yaşayan həmyerlisi Həsənov Tamerlan İbrahimoviçlə cinayət əlaqəsinə girib. Adları çəkilən şəxslər 1992-1993-cü illərdə saxta sənədlər tərtib edərək, zavodun Moskva Xarici İqtisadi Bankında olan valyuta hesabından 10 milyon ABŞ dolları məbləğində dövlət vəsaiti çıxarıblar.

Ziya Babayevin atası, Rusiyada yaşayan məşhur tikinti maqnatı Mehrac Babayev isə “Verso-M” şirkətinin sahibidir. Babayevlə bağlı Rusiya mətbuatı birmənalı fikrə sahib deyil. Mətbuat Babayevin guya Uzaq Şərqdə dövlət sifarişli tikinti layihələrini reallaşdıran zaman tacik və özbək işçiləri qəpik-quruş qarşılığında pasportlarını əlindən alaraq, qul kimi işlətdiyini bildirib. “Yeni Müsavat”ın məlumatına görə, Babayev Qarabağ savaşında iştirak edib və ilk yaradılan könüllü Şıxov batalyonunun komandir müavini olub və AXC sıralarında yer alıb.

Xatırladaq ki, Ziya Babayev 2009-cu ilin noyabrında Cenevrə yollarında üç yoldaşı ilə bərabər maşın yarışı təşkil edib. Avtomagistralda sürət həddini aşan yoldaşlar (151 km/saat) sonradan qəzaya səbəb olublar. Ziya Babayevin “Lamborghini” markalı avtomobili “Volksvagen Golf” markalı avtomobillə toqquşub. Nəticədə 70 yaşlı alman təqaüdçü ağır xəsarət alıb. Ziya Babayev təqaüdçünün bütün xərclərini üzərinə götürərək, onun müalicəsinə yardım edib. Lakin indiyə qədər Z.Babayevin alman təqaüdçüyə ödədiyi maddi və mənəvi təzminatın məbləği açıqlanmır.

Babayevlə bərabər Cenevrə yollarında xuliqanlıq edən daha iki nəfər - AST şirkətlər qrupunun rəhbəri Telman İsmayılovun oğlanları Ələkbər və Sərxan hadisə baş verən gün İsveçrəni atalarına məxsus təyyarə ilə tərk ediblər və İstanbula uçaraq məsuliyyətdən yayınıblar. Hadisədə iştirak edən dördüncü şəxsin adı isə indiyə qədər müəyyən edilməyib. Lakin fərziyyələr var ki, o, kifayət qədər geniş imkanları olan rus milyarderin oğludur.

Mehrac Babayevin oğlunun vəkili Jak Briyonun sayəsində Z.Babayev polis nəzarətindən çıxmışdı. Rusiya mətbuatınun məlumatına görə, Babayevin azadlıqda qalması üçün 100 min frank (95 min dollar) girov verilmişdi.

Azadlığa buraxıldıqdan sonra keçən beş il ərzində Babayev daha iki dəfə sərxoş şəkildə “Bentley” markalı avtomobili idarə etdiyinə görə saxlanılıb. Gənc avtoş məhkəməyə özünün İsveçrədə avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən biznesi olduğunu bildirib. O, müntəzəm gəlirinin aylıq 30 min dollar, əmlakının isə 5 milyon dollar olduğunu deyib. Məhkəmə Babayevə İsveçrə ərazisində biznesini davam etdirməsinə və girov pulunu geri götürməsinə izn verib.  //axar.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"WhatsApp"da olan hər şəkli açmayın: "Məlumatları itirə bilərsiniz"

Dünyanın ən populyar mesajlaşma platforması olan "WhatsApp" istifadəçilərini təhlükəli bir boşluq barədə xəbərdar edib.  Sfera.az xəbər veri...

“Qurban Qurbanovla münasibətlərdə heç bir soyuqluq yoxdur”

"Qurban Qurbanovla münasibətlərdə problem yoxdur. Onunla bağlı hər şey qaydasındadır".    Sfera.az xəbər verir ki, bunu AFFA prezident...

Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alır

Bu günə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edən vətəndaşlar arasında çoxluğu hərbçilər...

"Ermənistanın təxribatları müharibəyə səbəb ola bilər" - AÇIQLAMA

Son günlərdə Ermənistanın yenidən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə açması halları artıb.  Aprelin 10-da, saat 20:55-də Tovuz r...

2025-də bu şəxslərin lotereyada bəxti GƏTİRƏCƏK — MÜSAHİBƏ

Numerologiya son zamanlar mistik sahə kimi populyarlıq qazanıb. Əksər insanlar həyatlarında rəqəmlərin xüsusi rola sahib olduğunu düşünürlər. Hətta tirajlı lote...

Bu şəxslərin pensiyalarında dəyişiklik olacaq - RƏSMİ

Azərbaycanda bir sıra şəxslərin pensiya təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün ...