“Bananla bağlı heç bir şikayət daxil olmayıb”
Kateqoriya məlum deyil
Sosial şəbəkələrdə içində qan olduğu deyilən bananın fotoları yayılıb.
“Qafqazinfo” xəbər verir ki, şəbəkə istifadəçiləri iddia edir ki, banana yeridilmiş viruslu qan vasitəsilə əhali xəstəliyə yoluxdurulur. Nümunə olaraq bananın kəsilmiş fotolarını paylaşanlar əhalini ehtiyatlı olmağa səsləyirlər. Onların iddialarına görə, banana şiprislə QİÇS və başqa qan xəstəlikləri vurulur.
Məsələ ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyevlə əlaqə saxladıq. Katib bildirib ki, ölkəyə gələn bütün məhsullar sanitariya nəzarətindən keçirilir:
“Bununla bağlı bizə hər hansı bir şikayət daxil olmayıb və sözügedən hal müşahidə edilməyib.






