Azərbaycanda tatu döydürənlərə Xəbərdarlıq - VİDEO

Azərbaycanda tatu döydürənlərə Xəbərdarlıq -  VİDEO

Strelizə olunmamış iynələrlə müştərilərə tatu vururlar.

Tatu döydürən və gözəllik salonlarından istifadə edənlər daha ehtiyyatlı olsun. Əks təqdirdə hepatit və aids kimi xəstəliklərə yoluxma təhlükəsi var. Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin əməkdaşlarının reydləri belə göstərir.

Strelizə olunmamış iynələrlə müştərilərə tatu vururlar. Bu azmış kimi salonda bütün xidmətlər natəmiz şəraitdə həyata keçirilir

Görüntülər paytaxtın Səbail rayonunda fəaliyyət göstərən gözəllik və tatirovka salonlarındakı reyitdəndir. Standarlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının 2 obyektə baxışı dəhşətli mənzərəni üzə çıxarıb.

Reyd zamanı tatirovka salonlarında strelizə aparatlarının olmadığı aşkar edildi. Reyddə tatuda istifadə edilən yararlıq müddəti ötmüş məhlullar da ortaya çıxarılıb. Gözəllik salonunda isə müştərilərə natəmiz vəziyyətdə olan alətlərlə xidmət göstərildiyi məlum olub.

Səbail rayonu Nizami və Tərlan Əliyarbəyov küçələrində yerləşən bu salonlardan istifadə edənlər diqqətli olmalıdırlar. Vəziyyət göstərir ki, burda AİDS və Hepatit kimi xəstəliklərə yoluxma ehtimalı yüksəkdir. Salonlarda aşkar edilən faktlarla bağlı sahibləri Zərifə Samuyeva və Telman Əliyarbəyov 1500-2000 manat arasında cərimə olunublar. Onların obyektləri də bağlanılacaq. //xezerxeber

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...