Ermənistan cinayətkar aləminin "avtoritet"i öldürüldü

Ermənistan cinayətkar aləminin "avtoritet"i öldürüldü

Ermənistanda cinayətkar aləmdə "Çuqun" adı ilə tanınan 35 yaşlı Artur Ovannisyan həyat yoldaşı və qızının gözü qarşısında güllələnib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

"Çuqun"un qaynı hadisənin şahidlərindən sayılır. Məlumata görə, o, atəş açılanda Artur Ovannisyanın maşınında oturubmuş. Ona görə də yeznəsini qətlə yetirənin kimliyini bildiyi ehtimal edilir.

Xəbərdə bildirilib ki, hadisədən bir neçə gün öncə Artur Ovannisyanla "Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının deputatı Abraam Manukyanın oğlu Artur Manukyan (o həm də İrəvanın keçmiş polis rəsi Nersik Nazaryanın kürəkənidir) arasında münaqişə olub.

Deputat Abraam Manukyan oğlunun adının Artur Ovannisyanın qətlində hallanmasını "şər, böhtan" adlandırıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...