Logo

Azərbaycanda əhalinin kredit borcları silinir?

Azərbaycanda əhalinin kredit borcları silinir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elman Rüstəmov məsələyə aydınlıq gətirdi.

Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin kredit  borclarının bağışlanması ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Elman Rüstəmov AzTv-nin “Günün nəbzi” proqramına müsahibəsində deyib ki, bankların verdiyi kredit başqa bir vətəndaşın puludur.

“Passiv vətəndaş pullarını banka qoyub, digər aktiv vətəndaş isə bu pulları götürüb. Sabahısı gün bu kredit qayıtmır.

Kredit borclarının bağışlanmasını deyirlər. Kimin hesabına? Bank yalnız vasitəçidir. Bankın çox vaxt o qədər vəsaiti olmur. Bankın kapitalı bütövlükdə onun aktivlərinin 10%-ni təşkil edir. 90% çox vaxt vətəndaşların puludur. Kreditlərin bağışlanması ilə bağlı danışanda, mənəvi baxımdan düşünmək lazımdır”, - Elman Rüstəmov deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR