Logo

“Cavan kadrların küçəyə atılmasının tam əleyhinəyəm”

“Cavan kadrların küçəyə atılmasının tam əleyhinəyəm”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mən gənc, cavan kadrların küçəyə atılmasının tam əleyhinəyəm.Bunu şəxsən özüm də müzakirəyə çıxaracağam, gündəmə gətirəcəyəm.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova jurnalistlərə açıqlamasında dövlət orqanlarında həyata keçirilən struktur istalahatları nəticəsində baş verə biləcək kadr ixtisarları ilə bağlı sualını cavablandırarkən deyib .

Onun sözlərinə görə, camaat indi bundan qorxur, sosial gərginlik bundan yaranır:

"Biz başa düşürük ki, bəlkə də sən lazımlı insansan, tutaq ki, doğrudan da lazımsan. Amma yenə də sən insanlara kömək et. Sən işdən çıx get ki, cavanlar iş başına gəlsin. İxtisarlar olanda ilk növbədə pensiyaçılar gedəcək”.

E. Axundova həmçinin əlavə edib ki, bu kadr ixtisarları zamanı ən yaxşı və gənc kadrlar başqa orqanlarda olan boş, vakant yerlərə köçürülə bilər :

“İxtisarlala bağlı mənim fikirlərim, təkliflərim var. Bilməliyik ki, dövlət qulluğunda yetərincə vakant yerlər var. Hər üç aydan bir dövlət qulluğuna qəbul imtahanı da keçirilir. Orada 200-300 vakant yerlər verilir.

Yaxşı olar ki, ixtisar olunan insanlar imtahansız şəkildə sadəcə, transfer, köçürtmə yolu ilə başqa dövlət orqanlarında boş olan yerlərə yerləşdirilsin. Burada problem yoxdur . Əgər bir qurum ləğv olunursa, ona uyğun harada boş yerlər varsa ora göndərilsin”.

O deyib ki, dövlət orqanlarında yetərincə boş, vakant yerlər var:

"Buna sadəcə, siyasi qərar verilməlidir. Mən yaşlıları demirəm. Onların sadəcə olaraq pensiyaya çıxanları getsinlər. Onların yaxşı pensiyaları var.

Amma cavan və yaxşı kadrlar ixtisara düşməsinlər. Onlar başqa dövlət orqanlarındakı vakant yerlərə otuzdurulsun. Nazirliklərdə nə qədər boş yerlərimiz var.

Bütün rayonlar üzrə götürsən 2000-3000 boş vakant yerlər var. Həm Dövlət Qulluğu üzrə Komissiyanın işi asanlaşar, həm də dövlət orqanlarındakı boş yerlər dolar".

E. Axudova həmçinin yaşı 100-ü ötmüş qoca, ahıl insanların sosial müdafiəsi məsələsinə toxunaraq, onlar üçün xüsusi təqaüd təsis edilməsi məsələsini qaldıracağını da söyləyib:

“Mən yaşı 100-dən çox olan vətəndaşlarla bağlı məsələni yenidən və başqa formada qaldıracağam. Bu gün Azərbaycanda yaşı 100-ü ötən insanlar çoxalır.Onlar bizim milli sərvətlərimizdir, genefondumuzdur.

Mən çox istərdim ki, bu insanlara bizim dövlət qayğısı artırılsın. Onlar xüsusi bir qırmızı kitaba salınaraq milli sərvət kimi oqrunsun. Onlara fərdi olaraq nəsə bir prezident təqaüdü kimi bir təqaüd verilsin. Dərman pullarından başqa xüsusi pensioya və imtiyazlar verilsin.

Mən parlamentin yaxın ssesiyasının gündəliyinə salacam. Çox nəcib bir məsələdir bu. Mən bu məsələni qaldırmışam və bunun sonuna kimi gedəcəyəm”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR