​Nigarın qəza edən rəfiqəsi nələr dedi?

​Nigarın qəza edən rəfiqəsi nələr dedi?
Ötən gün “Eurovision 2011” qalibi Nigar Camalın olduğu avtomobilin Quba yolunda qəzaya düşməsi ilə bağlı xəbər vermişdik. SİA-nın verdiyi məlumata görə, sosial şəbəkədə qəza anını əks etdirən videonun yayılması izləyicilər tərəfindən birmənalı qarşılanmamaşdı. Belə ki, görüntülərdə qəza baş verməzdən əvvəl Nigardan başqa, avtomobildə olan rəfiqələrinin mahnı oxuyub, rəqs etməsi öz əksini tapmışdı. Aralarında hicablı xanımın da olduğu gənclərin bu hərəkəti isə bəzi istifadəçilərin “əcəb oldu” reaksiyası ilə qarşılanmışdı.
 
Nigar Camal "İnstaqram" səhifəsində avtomobili idarə edən hicablı rəfiqəsinin onu ittiham edənlərlə və qəza ilə bağlı açıqlamasını yayıb: “Mənə bir şey maraqlıdır. Bu qədər kin insanlarda haradandır? Hər şeydən əvvəl bir candan söhbət gedir. İnsan “Allah kömək olsun” deyər. Hərə bu məsələyə bir cür baxdı: kimisi dedi Allah cəzalandırıb; bizi şəxsən tanıyanlar dedi, elədiyin yaxşı əməllər olunan dualar saxlayıb səni. Dindən, hicabdan, imandan danışan insanlar! Kimdə nə yoxdur, ondan danışır. Birini sevməyə bilərsən, amma ən azından ona hörmət qoymağa məcbursan. Dindən danışırsan, amma mənim haqqıma girirsən: dodaq slikon, qaş tatu. Musiqi haramdır deyənlərin 80%-nin telefonu mahnı ilə doludur. Məni, əxlaqımı, hicabımı müzakirə etmək heç kimə düşməz. İstər bu dünyada, istərsə də o biri dünyada hamısına görə özüm cavab verəcəyəm. Hicabdan dərs keçən əziz qardaşım, bacım, təbliğə öz evindən başla. Əvvəlcə ağzını təmizlə, “Allah” deyən ağzına söyüş gətirmə. Mənim heç kimlə işim yoxdur. Hər kəsin bir seçimi var. Mən sənin üçün bağlanmamışam ki, məni mühakimə eləyəsən. Sən kimsən? Müqəddəs, səhvsiz birisən? Məni cəhənnəmlik eləyən musiqiyə qulaq asıb, oynamaqdır? Oğurluq etmirəm, haram yemirəm, zina eləmirəm, insanların ailəsini dağıtmıram, insanları it kimi tutmuram, vicdanım rahat yatıb-dururam. Allaha şükür edirəm ki, elə bir qəzadan məni sağ çıxartdı”. 

Şəms adlı xanım qəza anından da yazıb: “Ara məsafəni düzgün saxlamadım. Qarşıdakı avtomobil qəfildən əyləci basdı, mən də idarəetməni itirdim. Sürət çox olduğundan saxlaya bilmədim. İndi maşın yox vəziyyətindədir. O biri avtomobilə heç nə olmadı. Qəza hər birimizin başına gələ bilər. “Əcəb oldu” deyən sabah nə olacaq bilmir hələ. O qədər bədbəxtsən, qəlbin kinlə dolub ki, 3 gəncin faciəsinə “əcəb oldu” deyirsən. Mən özümə haqq qazandırmıram, ancaq sən də özünü insan kimi mühakimə elə. Mənim qarğışla işim olmaz, Allaha tapşırıram”. 

SFERA.AZ


OXŞAR XƏBƏRLƏR

Samaranın keçmiş meri və xanımı güllələndi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orq...

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...