Logo

Bakıdakı məşhur mağazada erməni mahnısı - VİDEO

Bakıdakı məşhur mağazada erməni mahnısı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıdakı məşhur mağazalardan birində erməni mahnısının səsləndirilməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Məlumatlara görə, hadisə Bakının Yasamal rayonunda metronun "İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən "Bonita” geyim mağazasında baş verib.

Videonu çəkən jurnalist Könül Aypara mağaza işçilərinə irad bildirsə də, onlar buna məhəl qoymayıb. Əksinə, "onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız” deyərək, xanım jurnalisti borclu çıxarmağa çalışıblar.

Səsləndirilən "Mi Gna" mahnısının sözləri Artak Aramyana, ifası isə erməni reper Super Sakoya məxsusdur və "remix” versiyasıdır.

Həmin görüntüləri təqdim edirik: (oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR