Azərbaycanda bu da oldu: WhatsApp-da yazışan arvadının barmağını kəsdi

Azərbaycanda bu da oldu: WhatsApp-da yazışan arvadının barmağını kəsdi

Tərtər rayonunda 45 yaşlı kişi həyat yoldaşına dəhşətli işgəncə verib. 

Hadisə Tərtər şəhərinin B.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 2014-cü ilin mayın 21-də evə gələn Elvin Cəfərov (ad və soyadlar şərti göstərilib-H.Z) həyat yoldaşı Səmayənin WhatsApp-damesaj yazdığını görüb.

Əsəblərini cilovlaya bilməyən Elvin Cəfərov qısqanclıq zəminində əvvəlcə balta ilə qol nahiyəsinə zərbə vuraraq onu öldürməyə cəhd edib. O, daha sonra mətbəx bıçağı ilə Səmayənin barmaqlarını kəsib. Elvin Cəfərov həyat yoldaşının yaralarını sarıyıb və onu həkimə göstərmədən evində saxlayıb. O, növbəti dəfə həmin ilin mayın 28-də həyat yoldaşına yenidən işgəncə verməyə başlayıb.

Həmin gün evə gələn Elvin həyat yoldaşını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. O, mütamadi olaraq həyat yoldaşını döyüb, işgəncə verib. Bu əməlinə görə Elvin Cəfərov Cinayət Məcəlləsinin 133.2.6-cı (işgəncə vermə) maddəsi ilə ittiham edilib və Tərtər rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elvin Cəfərov apelyasiya şikayəti verərək barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib. O, şikayətində qeyd edib ki, həyat yoldaşı ilə barışıb, zərərçəkənin ondan heç bir şikayəti yoxdur. O, həmçinin iki azyaşlı övladının olmasının yüngülləşdirən hal kimi nəzərə alınmasını istəyib. Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elvin Cəfərovun apelyasiya şikayəti təmin edilməyib. //teleqraf.com

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...