Prezidentin korteji belə qəzaya uğradı - VİDEO

Prezidentin korteji belə qəzaya uğradı -  VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenkonun korteji Orşa – Moqilyov yolunda yol-nəqliyyat hadisəsinə düşüb. Bu haqda sosial şəbəkə istifadəçiləri xəbər yayıb.
Qəza iyulun 7-də yerli vaxtla saat da 21.00-da Lukaşenkonun Aleksandriya şəhərindən Minskə qayıtdığı zaman baş verib. 
Prezident kortejinin qarşısına yüksək sürətlə BMW avtomobili çırpılıb.  Sürücü qadın olub. BMW kortejdə olan avtomobillərdən ("Mersedes" mikroavtobusu) birinə dəyib.
"Maşında olan sərnişinlərin bir çoxu ciddi zərər çəkib.Çünki maşın bir neçə dəfə çevrilib", - deyə bildirilir.
Qadın sürücüsü barədə cinayət işi qaldırılıb.
Qeyri rəsmi məlumatlara görə, Aleksandr Lukaşenko  qəza günü  öz doğma  Aleksandlriya kəndinə anasının 40 mərasimi ilə əlaqədar qəbrinin ziyarətinə getmişdi. O, kəndə kortejin müşaiyyəti ilə  öz avtomobilində getsə də, helikopterlə qayıtmağa qərara alıb. Beləliklə prezidentin  avtomobil korteji Minskdə əsas sərnişin olmadan qayıdırdı.  (faktxeber.com)

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...