Bakıda dəhşətli qəza - FOTOLAR

Bakıda dəhşətli qəza -  FOTOLAR

Bu gün Mətbuat prospekti Yasamal (Musabəyov) parkının qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Sfera.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən "Hyundai" markalı maşın bardyora çırpılıb. Nəticədə maşın yuxarı qalxaraq əks istiqamətdə hərəkət edən "Daewoo Gentra" markalı taksinin üstünə düşüb.

Qəza nəticəsində "Hyundai" markalı maşının sürücüsü ağır yaralanıb. O, Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sözügedən qəza ilə bağlı sürücülərə xəbərdarlıq edib. “Qafqazinfo” NİİM-in səhifəsinə istinadən xəbər verir ki, Mətbuat prospekti Yasamal (Musabəyov) parkının qarşısı, 20 yanvar dairəsi istiqamətində yol nəqliyyat hadisəsi nəticəsində yolda sıxlıq yaranıb. Sürücülərə alternativ olaraq Abbas Mirzə Şərifzadə küçəsilə hərəkət etmələri tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR