Logo

Milli Qəhrəman Samid İmanovun adı əbədiləşdirildi - QƏRAR

Milli Qəhrəman Samid İmanovun adı əbədiləşdirildi - QƏRAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı əbədiləşdirilib.

Sfera.az-ın məlumatına görə, Baş Nazir Novruz Məmmədovun bununla bağlı imzaladığı qərara əsasən,  Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.

Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Samid İmanov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR