Maliyyə naziri istefa verdi - Rüşvət iddiasına görə
Kateqoriya məlum deyil
Yaponiyanın Maliyyə naziri Akira Amari rüşvət iddiaları ilə bağlı bu gün istefa verdiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir inşaat şirkətlərindən birindən nəğd pul almaqda ittiham edilib.
Televiziya proqramlarından birində canlı yayımda çıxış edən nazir qalmaqalın məsuliyyətini üzərinə götürdüyü üçün istefa verdiyini açıqlayıb, lakin Amari rüşvət almadığını bildirib.






