Aytən Səfərovadan həmkarlarına tənqid: "Nə qədər bisavad, rayon ləhcəsi ilə danışan, zərzibalı aparıcılar var imiş"

Aytən Səfərovadan həmkarlarına tənqid: "Nə qədər bisavad, rayon ləhcəsi ilə danışan, zərzibalı aparıcılar var imiş"

ANS-in aparıcısı Aytən Səfərova həmkarlarını tənqid edib.

Sfera.az-ın axşam.az-a istinadən məlumatına görə, uzun müddətdir efirdən uzaqlaşan və ana olmağa hazırlaşan aparıcı onları savadsızlıqda günahlandırıb:

“Bir müddətdir ki, bülletendəyəm. Bu vaxt ərzində yerli telekanallara baxmaq imkanım oldu. Çox məyusam. Nə qədər bisavad, rayon ləhcəsi ilə danışan, ən dəhşətlisi isə bu ləhcələrlə şit zarafatlar edən, bayağı yumor və jurnalistikaya qeyri-ciddi baxan zərzibalı, deffektlə danışan, cümləsinin əvvəli ilə sonu bilinməyən aparıcılar var imiş. Özü də görünür əcnəbi dildən xəbərləri yoxdur. Adi ölkələrin və şəhərlərin adlarını düzgün tələffüz etməkdə çətinlik çəkirlər. Zövqsüz aparıcılar var imiş. 19 il əvvəl mən ANS-də işə başlayanda və o vaxtkı jurnalist həmkarlarımı və aparıcıları görəndə, televiziyanın indiki səviyyəyə gəlib çatacağını ağlıma belə gətirməzdim. 

Azərbaycanımızın telekanallarında bu qədər bisavadlıq, həyasızlıq, nəzarətsizlik təsəvvür etmirəm. Heydər Əliyev senzuranın ləğvinə dair sənəd imzalayanda yeniyetmə idim, jurnalistikaya yeni qədəm qoymuşdum. Yaşlı nəsil, bu sahənin peşəkarları nə qədər sevinirdi. Amma əziz həmkarlar, senzuranın ləğvi o demək deyil ki, bəziləriniz özünüzü bu dərəcəyə gətirib çıxarmalısınız. Elə təsəvvür yaranıb ki, indi küçədən keçən istənilən şəxs gəlib ekrana çıxa bilər. Çox məyusam. Mənəvi stress keçirirəm. İstisna olan barmaqla sayılacaq həmkarlarıma isə çoxluğa boyun əyməyib, öz şərəfli yollarında davam etməyi arzulayıram”.


OXŞAR XƏBƏRLƏR

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu ...

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.   Sfera.az Tacikistan mətbuatına ...

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbayc...

Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin B...

Azərbaycanda imtahan vermədən bu qurumlarda İŞLƏMƏK OLMAZ

Azərbaycanda müxtəlif peşə sahələrinə və dövlət qurumlarına daxil olmaq üçün müəyyən imtahanlardan keçmək tələb olunur. Bu imtahanlar dövlət xidmətində çalışmaq...

Azərbaycandan bu ölkələrə QADAĞA - RƏSMİ AÇIQLAMA

Almaniyanın Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriyanın Kano ştatında isə ...