Bakıda 60 yaşlı sərxoş sürücü özünü biabır etdi - VİDEO

Bakıda 60 yaşlı sərxoş sürücü özünü biabır etdi -  VİDEO

Dövlət Yol Polisi gecə reydlərinə başladı.

Bakı Şəhər Dövlət Yol Polisi paytaxt yollarında reydlərə başlayıb. 

Sfera.az-ın ANS TV-yə istinadən məlumatına görə, keçirilən növbəti reyd yüksək sürət, görünüşü məhdudlaşdıran pərdə və plyonkalar, maşına edilən dəyişikliklər və qayda pozan sürücülərə qarşı idi.

Tədbir payaxtın Neftçilər prospektində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik maşının yol polisləri tərəfindən izlənməsi ilə başlayıb. Polisin “saxla” əmirinə tabe olmayan sürücü hətta bir neçə dəfə qəza şəraiti də yaradıb. Onun bütün hərəkətləri isə müşahidə kameraları tərəfindən qeydə alınıb. 

Amma yol polislərinin hazırladığı süni tıxaca düşən “Mercedes”-in sürücüsü sonda açarları təhvil verməli oldu.

YPX-nin inspektoru Feyzulla Bağırov sürücünün Hövsan hava limanı yolunda saxlanılıdığını bildirib. Saxlanılandan sonra məlum olub ki, “Mercedes” markalı avtomobilin sürücüsü sərxoşdur. 

Gəncə və Nobel prospektində keçirilən reyd zamanı saxlanılan 60 yaşlı ağsaqqalın da sükan arxasına içkili əyləşdiyi məlum olub. Əməlindən utanan sürücü özünü biyabır etdiyini deyib.

Bir neçə sürücü isə maşını müddəti bitmiş tranzit nömrə ilə idarə etdiyi üçün cərimələnib. 

Yol Patrul Xidməti maşınının köməyi ilə Rəşid Behbudov küçəsində hərəkətiz hala gətirilən “Porsche” maraklı maşın isə, xüsusi səs gücləndirici ilə təmin edildiyi üçün reyd zamanı cərimələnənlər sırasına düşüb. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədovun sözlərinə görə, reyd zamanı 3 tibbi müayinə mərkəzində 60-dan çox avtomobili sərxoş halda idarə edən sürücü aşkarlanıb. Onlar məsuliyyətə cəlb ediləəcklər. 

Ümumiyyətlə reyd zamanı hər 5 sürücüdən birinin sərxoş olduğu müəyyən olunub. 

İndi seçim sürücülərindir, ya qayda pozub cərimə olunacaqlar, ya da bütün lazımi tədbirlər görüləcək ki, yol polisinin hədəfinə tuş gəlməsinlər. 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...