Logo

Məhkəmələrdə problemli kreditlərlə bağlı bütün işlərin icraatı dayandırılıb - RƏSMİ

Məhkəmələrdə problemli kreditlərlə bağlı bütün işlərin icraatı dayandırılıb - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Problemli kreditlərlə bağlı məhkəmə işlərinin geri çağırılması barədə fərman dərc olunan kimi bütün işlər dayandırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrup yaradılıb və işlər görülür. Tövsiyyə budur ki, iddiaçılar gəlib iddia ərizələrini geri götürsünlər".

Sfera.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Əsəd Mirzəliyev bildirib ki, problemli kreditlərlə bağlı məhkəmə işlərinin icraatı təxirə salınıb: "Bu bir bank üzrə deyil, bir vətəndaşın bütün banklarda olan kreditlərinin toplam məbləğinə aiddir. Buna görə də bu proses uzun vaxt aparır, bütün banklara sorğu verilir və vətəndaşın bir neçə bankda olan kredit məbləğinin 10 min dollardan artıq olub-olmadığı müəyyənləşdirilir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR