Komandalarımız bu rəqiblərlə qarşılaşa bilər

Komandalarımız bu rəqiblərlə qarşılaşa bilər
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində baş tutacaq  püşkatmada Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən komandaların - "İnter"lə "Qəbələ"nin də növbəti rəqibi bəlli olacaq.

 
Hələ ikinci təsnifat mərhələsində "İnter" İslandiyanın "Hafnarfyordur", "Qəbələ" isə Serbiyanın "Çukariçki" komandası ilə mübarizə aparır. Təmsilçilərimiz bu rəqiblərini keçsələr, növbəti mərhələdə kiminlə qarşılaşacaqlarını məhz bu gün biləcəklər.
 
 
Avroliqanın üçüncü təsnifat mərhələsində 58 klub mübarizə aparacaq. Onlardan 25-nin adı artıq bəllidir:
 
 
"Borussiya" (Dortmund, Almaniya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Standard" (Belçika), "Bordo" (Fransa), "Sampdoriya" (İtaliya), "Vitoriya" (Portuqaliya), "Sent-Etyen" (Fransa), "Sürix" (İsveçrə), "Slovan" (Çex Respublikası), "Sauthempton" (İngiltərə), "Krasnodar" (Rusiya), "Belenenseş" (Portuqaliya), "Vorskla" (Ukrayna), "Zarya" (Ukrayna), "Atromitos" (Yunanıstan), "Vitess" (Hollandiya), "Yablonets" (Çex Respublikası), "Şturm Qrats" (Avstriya), AEK (Kipr), "İroni Kiryat Şmona" (İsrail), "İstanbul Başakşehir" (Türkiyə), "Tarqu Mureş" (Rumıniya), "Reyndorf" (Avstriya).
 
 
Adları çəkilən bu klublar mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayanlardır. Qalan 33 iştirakçı isə Avroliqanın ikinci təsnifat mərhələsini qalib başa vuranlar olacaq. Onlardan ikisi də Azərbaycan təmsilçisi ola bilər.
 
 
"İnter" - "Hafnarfyordur"  və "Qəbələ" - "Çukariçki" cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində qərarlaşıb. Bu isə mərhələ keçəcəkləri halda təmsilçilərimizin özlərindən daha güclü rəqiblərlə qarşılaşacağından xəbər verir. Məsələn, mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayacaq klublar təmsilçilərimizə rəqib ola bilərlər.
 
 
Səpələnmişlər
 
 
"Borussiya" (Dortmund, Almaniya)
"Rubin" (Rusiya)
"Atletik" (İspaniya)
"AZ Alkmaar" (Hollandiya)
"Standard" (Belçika)
"Bordo" (Fransa)
"Sampdoriya" (İtaliya)
"Vitoriya" (Portuqaliya)
"Sent-Etyen" (Fransa)
"Sürix" (İsveçrə)
"Slovan" (Çex Respublikası)
"Sauthempton" (İngiltərə)
"Krasnodar" (Rusiya)
"Belenenseş" (Portuqaliya)
"Vorskla" (Ukrayna)
"Zarya" (Ukrayna)
"Atromitos" (Yunanıstan)
"Kopenhagen" (Danimarka) - "Nyu Taun" (Uels)
PAOK (Yunanıstan) - "Lokomotiv" (Xorvatiya)
"Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq)
"Legiya" (Polşa) - "Botoşani" (Rumıniya)
"Vest Hem" (İngiltərə) - "Birkirkara" (Malta)
"Riyeka" (Xorvatiya) - "Aberdin" (Şotlandiya)
"Rusenborq" (Norveç) - "Reykyavik" (İslandiya)
"Elfsborq" (İsveç) - "Randers" (Danimarka)
"Hayduk" (Xorvatiya) - "Koper" (Sloveniya)
"Apollon" (Kipr) - "Trakay" (Litva)
"Omoniya" (Kipr) - "Yagelloniya" (Polşa)
"Tyun" (İsveçrə) - "Hapoel" (Beer Şeva, İsrail)
 
Səpələnməmişlər
 
"Vitess" (Hollandiya)
"Yablonets" (Çex Respublikası)
"Şturm Qrats" (Avstriya)
AEK (Kipr)
"İroni Kiryat Şmona" (İsrail)
"İstanbul Başakşehir" (Türkiyə)
"Tarqu Mureş" (Rumıniya)
"Reyndorf" (Avstriya).
"Astra" (Rumıniya) - "İnverness" (Şotlandiya)
"Dinamo" (Minsk, Belarus) - "Çerno More" (Bolqarıstan)
"Slovan" (Slovakiya) - UCD (İrlandiya)
AİK (İsveç) - "Şirak" (Ermənistan)
"Mlada Boleslav" (Çex Respublikası) - "Stromsqodset" (Norveç)
"Şlask" (Polşa) - "Höteborq" (İsveç)
"Jilina" (Slovakiya) - "Daçiya" (Moldova)
"Debretsen" (Macarıstan) - "Skonto" (Latviya)
"Brondbü" (Danimarka) - "Beroe" (Bolqarıstan)
"Şarlerua" (Belçika) - "Beytar" (İsrail)
"Şaxtyor" (Soliqorsk, Belarus) - "Volfsberger" (Avstriya)
"Voyvodina" (Serbiya) - "Spartak" (Yurmala, Latviya)
"Spartak" (Trnava, Slovakiya) - "Linfild" (Şimali İrlandiya)
"Hafnarfyordur" (İslandiya) - "İnter" (Azərbaycan)
"Jelezniçar" (Bosniya və Herseqovina) - "Ferençvaroş" (Macarıstan)
"Şemrok Rovers" (İrlandiya) - "Odd Qrenland" (Norveç)
"Rabotniçki" (Makedoniya) - "Yelqava" (Latviya)
"Vaduts" (Lixtenşteyn) - "Nomme Kalyu" (Estoniya)
"Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan)
"Kukesi" (Albaniya) - "Mladost" (Çernoqoriya)
"Kayrat" (Qazaxıstan) - "Alaşkert" (Ermənistan)
 
 
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...