“Real” Kasilyasın boşluğunu doldurdu
Cəmiyyət
21:49 / 18.07.2015
2146
“Real” Kasilyasın boşluğunu doldurdu
“Real”ın yeni qapıçısının adına aydınlıq gəlib. “Kral klubu” “Espanyol”un qolkiperi Kiko Kasilya ilə anlaşıb.
İker Kasilyasın gedişindən sonra boş qalan çərçivəyə bir neçə namizədi olan Madrid klubu öz yetirməsi olan Kasilyanı qaytarmaq qərarına gəlib. 29 yaşlı qolkiperin “Espanyol”la müqaviləsində yer alan bəndə görə, onun transfer qiyməti 20 milyon avrodu. Lakin Kasilyanın hüquqlarının yarısı yetirməsi olduğu “Real”a məxsus olduğundan, “kral klubu” onu 10 milyona ala bilər.
“Real” Barselona komandası ilə apardığı danışığın yekunu olaraq bu məbləği 6 milyon avroya endirməyə nail olub. Düzdü, “Real” rəhbərliyi üçün öncə 4 milyon avro təklif etmişdi. Ancaq qarşı tərəf rədd cavabı verincə qiymət 6 milyona qalxıb və tərəflər anlaşıblar.
Qeyd edək ki, Kiko Kasilya 2004-2007-ci illərdə “Real”ın C və B komandalarında çıxış edib.