Logo

“İnter” və “Qəbələ”nin potensial rəqibləri müəyyənləşdi

“İnter” və “Qəbələ”nin potensial rəqibləri müəyyənləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxt təmsilçisi bu mərhələni adlayarsa “Atletik Bilbao” ilə qarşılaşacaq.

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Bakının “İnter” klubu “Hafnarfyordur” səddini adlayarsa (İslandiyada keçirilən ilk oyunda həmyerlilərimiz 2:1 hesabı ilə qalib gəliblər), 3-cü təsnifat mərhələsində İspaniyanın “Atletik Bilbao” klubu ilə qarşılaşacaq.

Avropa Liqasındakı digər təmsilçimiz “Qəbələ” isə “Çukariçki” səddini keçə bilsə (Sebiyada keçirilən ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar), “Apollon” (Kipr) - “Trakay” (Litva)  cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavaba qarşılaşmaları isə avqustun 6-da keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR