“Müasir hakim bunların hamısını bilməlidir” – Ziyafət Əsgərov

“Müasir hakim bunların hamısını bilməlidir” – Ziyafət Əsgərov
Ziyafət Əsgərov: Vəkil də hakim qədər, prokuror qədər savadlı olmalıdır

Birinci vitse-spiker, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərovun müsahibəni təqdim edirik:

-Ziyafət müəllim, ölkə prezidentinin məhkmə-hüquq sistemində islahatlarla bağlı son fərmanını necə qiymətləndirirsiniz? Bu fərmandan irəli gələn məsələlərin həlii reallıqda mümkün olacaqmı?

-Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı ölkə prezidentinin fərmanını çox böyük əhəmiyyəti var. Bu fərmana, ümumiyyətlə, ölkəmizdə aparılan islahatların tərkib hissəsi kimi baxılmalıdır. Bildiyiniz kimi, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətimizin ali məqsədi kimi təsbit etmişik. Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi gündən bu günə qədər  də bu prinsipə sadiqdir və bundan sonra da sadiq olaraq, qalacaq. Biz istəyirik ki, hər bir vətəndaşın hüquq və azadlıqlarının məhkəmə yolu ilə müdafiəsi daha da gücləndirilsin.

Bu baxımdan, məlum fərmanın çox böyük əhəmiyyəti var. Fərmanda da müxtəlif istiqamətlər nəzərdə tutulub: bu, həm qanunvericilik sisteminin, cinayət qanunvericiliyinin, Cinayət-Prosessual Məcəllənin və digər qanunvericilik aktlarının təkmilləşdirilməsi,  həm, bəzi cinayət tərkiblərinin dekriminallaşması, onların Cinayət Məcəlləsindən çıxarılması ilə bağlıdır. Ya birdəfəlik çıxarılması, ya da onların inzibati xəta tərkibli əməllərə keçirilməsi ilə əlaqədardır. Bütün bunların da bir məqsədi var, hər bir azərbaycan vətəndaşı Konstitusiya ilə müəyyən edilmiş  hüquq və azadlıqlarından istifadə edərək, özünü daha komfort, daha rahat, gövlətin güvəncini hər zaman hiss etsin. Məqsəd bundan ibarətdir.

-Məhkəmə-hüquq sistemində yaşanan süründürməçiliklər, rüşvətxorluq halları, qanunların aliliyi prinsipinə riayət edilməməsi halları yetərincədir. Bu problemlər necə, öz həllini tapacaqmı?

-Mən Məhkəmə-Hüquq Şurasının üzvüyəm. Tam səmimiyyəti ilə deyirəm, biz ayda bir dəfə yığışırıq, məsələləri müzakirə edirik və hakimlərin fəaliyyətini qiymətləndiririk.  Hansı hakim ki, fəaliyyətində  qanun pozuntusuna və digər pozuntulara yol verib, onları cəzalandırırıq. Onların etdiyi əməllərdə cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına göndəririk. Yəni, bu istiqamətdə ciddi işlər gedir və bu işlər bundan sonra da davam etdiriləcək. Məqsəd də ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı özünü rahat hiss etsin.  Həm də əsas odur ki, bu sahədə ölkə prezidentinin-dövlətin siyasi iradəsi var. Belə bir iradə ortaya qoyulub ki, bütün sahələrdə olduğu kimi, bu sahədə  də islahatlar dərinləşdirilməlidir.

– Neçə illərdir hakimlərin sayının artırılması məsələsi də ortadır. Məlum fərman bu məsələnin də həllinə kömək edəcəkmi?

-Bəli, bu fərmanda hakimlərinin sayının artırılması nəzərdə tutulur ki, bu da çox önəmli məsələdir. Tam səmimi şəkildə deyirəm ki, bu gün  hakimlərimizin iş yükü həddindən artıq çoxdur. Ona görə hakimlərimizin sayına, sırasına 200 ştatın əlavə olunması da çox böyük və çox yaxşı rəqəmdir. Bu, onların iş yükünün azaldılmasına gətirib çıxaracaq.  Bununla belə, hakimlərin peşəkarlığı ilə bağlı məsələ də çox önəmlidir. Məhkəmə-Hüquq Şurasında bu məsələyə çox ciddi baxılır.  Bildiyiniz kimi, biz Avropa qanunvericiliyinə inteqrasiya edirik. Eyni zamanda, müxtəlif hüquq sistemləri ilə işləyirik. Odur ki, müasir hakim bütün bunların hamısını bilməlidir. Yəni, dünyada hansı hüquqi proseslərin getdiyini, eyni zamanda, nəinki milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməlidir.

-Ziyafət müəllim, digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanda vəkillərin sayının azlığından da tez-tez şikayətlər edilir, narazılıqlar dilə gətirilir. Bu məsələnin çözümü necə olacaq?

– Bu istiqamətdə də işlər gedir və inanıram ki, vəkillərin da sayı artacaq. Düzdür, bəzən deyirlər ki, vəkillər  daha aşağı balla imtahandan keçsinlər. Mən belə düşünürəm ki, vəkil də hakim qədər, prokuror qədər savadlı olmalıdır. Aşağı balla keçsinlər, bu, düzgün yanaşma deyil. Nə var ki, kəmiyyət məsələsi həll edilmiş olsun. Biz onun keyfiyyətinə də nəzər yetirməliyik.

Çünki bizim Konstitusiyamızda göstərilir ki, hər bir Azərbaycan vətəndasının yüksək ixtisaslaşdırılmış hüquqi köməkdən istifadə etmək hüququ var. Bu hüquqi köməyi də kim edir-təbii ki, vəkillər. Ona görə gərək vəkillərimiz də çox savadlı olsunlar. Bir daha qeyd edirəm ki, bu istiqamətdə işlər gedir və inanıram ki, qısa bir zamanda bu problem də həll olunacaq.Etikxeber

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...